AZ

“Çelsi” “Real Madrid”ə mövqeyini açıqlayıb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Çelsi” klubunun argentinalı yarımmüdafiəçisi Enso Fernandesin gələcəyi ilə bağlı mövqe açıqlanıb.

İdman.Biz TEAMtalk-a istinadla xəbər verir ki, London təmsilçisi futbolçunun “Real Madrid”ə transferinə yalnız klubun maliyyə gözləntilərinə cavab verən təklif daxil olacağı halda razılaşa bilər.

Mənbənin iddiasına görə, 25 yaşlı futbolçu mümkün transfer variantına müsbət yanaşır, lakin “Çelsi” rəhbərliyi onu ucuz qiymətə buraxmaq niyyətində deyil.

Bildirilir ki, Enso Fernandes orta xəttdə komandanın əsas fiqurlarından biri sayılır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
1
icma.az

2Mənbələr