AZ

“L-Sim” MMC iki quruma niyə fərqli qiymətə SMS satıb? – ARAŞDIRMA

İnnovasiyalar Mərkəzi MMC daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, Mərkəz bu dəfə SMS paketinin satın alınmasını reallaşdırıb.
Məlumata görə, tenderin qalibi “L-SİM” MMC olub. Tərəflər arasında 20 milyon ədəd SMS-in alınması üçün 778 min 564 manat dəyərində razılaşma əldə olunub.
Qeyd edək ki, İnnovasiyalar Mərkəzi SMS alınması üçün nəzərədə tutulan məbləğ kimi, 778,8 min manat ayırıbmış. Görünən odur ki, “L-Sim” MMC cəmi 236 manat endirim etməklə tenderi udub.
Bildirək ki, bir SMS Mərkəzə 3.9 qəpiyə başa gələcək.
Bildirək ki, “L-Sim” MMC son bir ildə iki tenderin qalibi olub. Belə ki, “İnnovasiyalar Mərkəzi”ndən savayl şirkət ötən yay Məhkəmə-Hüquq Şurasına da SMS xidməti satıb. Həmin anlaşmanın dəyəri isə 79 min 450 manat təşkil edib.
Rəsmi qaynaqlarda qeyd edilir ki, həmin anlaşmaya əsasəm Şirkət Mərkəzə göstərilən məbləğ müqabilində 2 milyon 270 min SMS satıb. Bu da bir SMS-in 3.5 qəpik başa gəldiyini göstərir.
Həmin məntiqdən çıxış edərsək, o zaman belə olmalıdır ki, “L-Sim” MMC “İnnovasiyalar Mərkəzi”nə əslində SMS-ləri daha ucuz satmalıydı. Çünki Mərkəzin sifarişi Məhkəmə-Hüquq Şurasından ən azı 10 dəfə çoxdur. Yəni, daha çox məhsul alındığından daha çox endirim edilməlidir ki, bu baş verməyib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “L-SİM” MMC 6 MAY 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Vidadi küçəsi, ev 187, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Adil İdris oğludur.
Açıq mənbələrdə “L-SİM” MMC haqqında heç bir məlumat yoxdur. Adil Hüseynov barəsində də hər hansı məlumata rast gəlinmir.
Xatırladaq ki, açıq mənbələrdə 2024-cü ildə isə “L-SİM” MMC-yə külli miqdarda maliyyə sanksiyası tətbiq edilməsi barədə məlumat yayılıb. Həmin məlumatda bidirilir ki, şirkətə məcburi auditdən yayındığına görə, 127 min manat maliyyə sanksiyası tətbiq edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Seçilən
24
yenilik.az

1Mənbələr