AZ

Trampdan Makrona ŞOK: cəzalandıracaq…

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Qəzza ilə bağlı yaradılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmayacağı barədə açıqlamasına sərt reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Tramp deyib:

“O bunu deyib? O, heç kimə lazım deyil, çünki çox tezliklə vəzifəsini tərk edəcək. Əgər onlar düşmən mövqedə olsalar, onun şərab və şampan məhsullarına 200 faiz rüsum tətbiq edəcəm. Onda qoşulacaq”, – deyə Tramp bildirib.

Daha əvvəl “Bloomberg” agentliyi mənbəyə istinadən yazmışdı ki, Makron Donald Trampın təşəbbüsü ilə Qəzza üzrə yaradılması planlaşdırılan “Sülh Şurası”na qoşulmaq niyyətində deyil. Fransa prezidenti bu addımın BMT-nin rolunu və beynəlxalq təsir imkanlarını zəiflədə biləcəyindən ehtiyat edir.

Makronun fikrincə, yeni strukturun nizamnaməsi Qəzza sektoru ilə bağlı məsələlərin mövcud çərçivəsindən kənara çıxır.

Sara

Seçilən
107
nocomment.az

1Mənbələr