AZ

Maşinist: Əgər metro işləməsəydi, minlərlə insan həlak ola bilərdi

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi zamanı insanlar canlarını qurtarmaq üçün metro stansiyalarına sığınmışdılar. Əgər metro işləməsəydi, minlərlə insan həlak ola bilərdi.

Bunu AZƏRTAC-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin maşinisti Cahil Həsənov bildirib.

Onun sözlərinə görə, həmin gecə dörd nəfər ehtiyat maşinist növbədə olub.

“Axşam saat 11 radələrində evə getməli idik. Lakin bizə səhərə qədər işləməli olduğumuz bildirildi. Etiraz etmədik, qaldıq. Gecəyarı güllə səsləri eşidilməyə başladı. Bir qədər sonra yaralıların olduğu və onlara kömək göstərilməsinin vacibliyi deyildi. Biz həyatımızı riskə ataraq yaralılara yardım göstərdik. Daha sonra məlumat aldıq ki, “İçərişəhər” stansiyası (o vaxtkı “Bakı Soveti”) ərazisində yaralıların sayı daha çoxdur. Oraya gedərək insanlara kömək etdik”, - deyə Cahil Həsənov qeyd edib.

Cahil Həsənov vurğulayıb ki, Bakı metropoliteninin həmin gecə fasiləsiz fəaliyyəti minlərlə insanın həyatını xilas edib.

Seçilən
111
1
azertag.az

2Mənbələr