AZ

Binalar qar altında: Son 100 ilin ən güclü qar fırtınası olub

Rusiyanın Uzaq Şərqində yerləşən Kamçatka yarımadası tarixinin ən ağır qış sınaqlarından birini yaşayır. Bölgədə qeydə alınan son 100 ilin ən güclü qar fırtınası gündəlik həyatı tamamilə iflic vəziyyətinə salıb.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, yanvar ayı ərzində Kamçatkada bir neçə ardıcıl güclü qar siklonu müşahidə olunub. Rəsmi məlumatlara görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 2–3 metri keçib, bir sıra ərazilərdə isə bu göstərici rekord səviyyəyə çatıb.

Qar yığınları yaşayış binalarını, avtomobilləri və sosial obyektləri demək olar ki, tamamilə örtüb. Küçələrdə hərəkət mümkünsüz hala düşüb, insanlar evlərindən çıxmaq üçün qarı sözün əsl mənasında qazmağa məcbur qalıblar. Petropavlovsk-Kamçatski şəhərində fövqəladə vəziyyət elan edilib, məktəblər bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Şahidlərin bildirdiyinə görə, bəzi binaların damlarından qoparaq düşən qar kütlələri ciddi təhlükə yaradıb. Hadisələr nəticəsində ölən və xəsarət alanların olduğu da bildirilir. Yerli hakimiyyət orqanları əhaliyə evlərdən zərurət olmadıqca çıxmamaq çağırışı edib.

Seçilən
68
ekologiya.az

1Mənbələr