ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Şimali Koreya lideri Kim Çen In Pxenyan şəhərində yerləşən "Ryonsonq" maşın zavoduna səfəri zamanı modernizasiya işlərindən narazı qalıb və bunun ardınca baş nazirin müavini Yan Son Honu vəzifəsindən kənarlaşdırılıb.
Məlumata görə, Kim Çen In müəssisədə modernizasiya layihəsinin birinci mərhələsinin tamamlanması ilə bağlı görülən işlərlə tanış olub. Yoxlama zamanı o, layihədə yol verilən nöqsanlara görə yüksək vəzifəli məmurları sərt tənqid edib.
Şimali Koreya rəhbərliyinin yaydığı açıqlamada bildirilir ki, Kim Çen In modernizasiya prosesində yaşanan problemlərin səbəbini “məsuliyyətsiz və səriştəsiz idarəetmə” ilə izah edib. Onun sözlərinə görə, bu yanaşma lazımsız qarışıqlıqlara və ciddi iqtisadi itkilərə səbəb olub.
Kim vurğulayıb ki, söhbət təkcə bir fabrikin yenilənməsindən deyil, eyni zamanda yuxarı rəhbərliyin Koreya İşçi Partiyasının qərarlarına münasibətinin və hazırlıq səviyyəsinin üzə çıxmasından gedir.
Şimali Koreya lideri bürokratiyada irəliləyişə mane olan yanaşmalara qarşı sərt mövqe nümayiş etdirilməsinin vacibliyini qeyd edərək, “kökləşmiş məsuliyyətsizlik və şəxsi maraqları qoruma meyillərinə ağır zərbə vurulmalıdır” deyib.
Tənqidlərdən dərhal sonra baş nazirin müavini Yan Son Ho-nun vəzifəsindən azad edildiyi açıqlanıb.
Xatırladılıb ki, sözügedən modernizasiya layihəsi birbaşa Kim Çen In tərəfindən Koreya İşçi Partiyasının 8-ci qurultayında elan olunub və layihənin icrasında yaranan problemlər ali rəhbərlik üçün ciddi sınaq kimi qiymətləndirilir.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.