AZ

Keçən il Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 944 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 78 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekbar ayı ilə müqayisədə 3 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyədə 1 milyon 688 min 910 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Seçilən
47
3
turkic.world

4Mənbələr