AZ

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə Azərbaycanla hərbi eskalasiya riski görmür

BAKI, 20 yanvar. TELEQRAF

Ermənistan Xarici Kəşfiyyat Xidməti (XKX) 2026-cı ildə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanı faktiki olaraq qeyri-mümkün hesab edir və sülhün təsisatlaşdırılması üçün imkanlar görür.

Teleqraf xəbər verir ki, bu barədə XKX-nin “Ermənistanın 2026-cı ildəki xarici riskləri haqqında” illik hesabatında deyilir.

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd edilir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşma nəticəsində 2026-cı ildə hərbi eskalasiya faktiki olaraq qeyri-mümkün hala gəlib və sülhün bərqərar edilməsi ehtimalı artıb.

Seçilən
134
teleqraf.com

1Mənbələr