AZ

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan  20 Yanvar Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanında  olub.

"Unikal"ın məlumatına görə, Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, onların məzarı önünə gül dəstələri qoyub.

Xatırladaq ki, anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailəsi, qazilər, ziyalılar, polis əməkdaşları, prokurorluq əməkdaşları, Millət vəkilləri  və şəhər ziyalıları iştirak edib.

QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran həddiyə edib.

Tural Əhmədov

Seçilən
65
8
unikal.az

10Mənbələr