AZ

Tramp Makronu şərabla hədələdi

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun onun təşəbbüsü olan və BMT-yə alternativ kimi təqdim edilən “Sülh Şurası”na qoşulmaqdan imtina etməsinə sərt reaksiya verib. O, Fransanı şərablarına və şampanlarına 200 faiz həcmində gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib.

"Unikal" xəbər verir ki, Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumuna yola düşməzdən əvvəl Florida ştatında jurnalistlərin suallarını cavablandıran Donald Tramp əvvəlcə istehzalı şəkildə danışıb: “O, doğrudanmı bunu deyib? Heç kim Emmanuel Makronu istəmir, çünki o, çox tezliklə artıq hakimiyyətdə olmayacaq. Bu problem deyil”. Ardınca isə əlavə edib: “Əgər düşmən mövqe tutmaq istəsələr, onun şərab və şampanlarına 200 faizlik vergi qoyaram. O zaman qoşulacaq. Amma qoşulmaq məcburiyyətində deyil”.

Fransa Prezidentinin yaxın ətrafı isə “franceinfo”ya açıqlamasında bildirib ki, “xarici siyasətimizə təsir göstərmək üçün tarif hədələri qəbuledilməz və təsirsizdir”.

Seçilən
119
50
unikal.az

10Mənbələr