AZ

İranda hakimiyyət dəyişikliyi ilə bağlı Lavrovdan açıqlama

“Xarici qüvvələrin İrandakı daxili siyasi vəziyyəti pozmaq cəhdləri dərin narahatlıq doğurur”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Qərb ölkələri İranda hakimiyyət dəyişikliyinə çalışırlar.

“İranın xarici siyasətində sabitliyi pozmaq üçün açıq və bəyan edilmiş cəhdlər dərin narahatlıq doğurur. Xüsusilə, Kaya Kallas bu yaxınlarda bəyan edib ki, Avropa İttifaqı tərəfindən təmsil olunan beynəlxalq birlik etirazları dəstəkləməklə, həmin ölkədə rejim dəyişikliyinə çalışır”, – Lavrov vurğulayıb.

(teleqraf)

Seçilən
61
1
konkret.az

2Mənbələr