AZ

Tramp Fransa prezidentinin şəxsi mesajını dərc etdi

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın iştirakı ilə Parisdə "Yeddilərin görüşü"nü (G7) keçirmək təklifi ilə çıxış edib.

 ABŞ Prezidenti Donald Tramp "Truth Social"da Makronun ona göndərdiyi şəxsi mesajı dərc edib.

"Davos görüşündən sonra, yanvarın 22-də Parisdə G7 görüşünü təşkil edə bilərəm. Mən ukraynalıları, danimarkalıları, suriyalıları və rusları dəvət edə bilərəm", - mesajda deyilir.

Fransa prezidenti, həmçinin D.Trampı ABŞ-yə yola düşməzdən əvvəl Fransa paytaxtında nahara dəvət edib.

Makron ABŞ prezidentini "dost" adlandırıb və Suriya ilə bağlı mövqelərinin tamamilə üst-üstə düşdüyünü qeyd edib. O deyib ki, Trampla birlikdə İranla bağlı "böyük işlər görə" bilərlər.

Lakin Fransa prezidenti ABŞ rəhbərinin Qrenlandiya ilə nə etmək niyyətində olduğunu başa düşmədiyini vurğulayıb.
 
Seçilən
107
3
7news.az

4Mənbələr