AZ

KUNA yerüstü robotu qış şəraitində imkanlarını nümayiş etdirir

Polşanın Zirehli və Avtomobil Texnologiyaları Hərbi İnstitutu (Wojskowy Instytut Techniki Pancernej i Samochodowej – WITPS) tərəfindən inkişaf etdirilən KUNA yerüstü robotu qış şəraitində sınaqdan keçirilir.

“Poliqon” WITPS-yə istinadən xəbər verir ki, qış mövsümü hərbi texnika üçün ən çətin sınaqlardan biri hesab olunur.

Aşağı temperatur, dərin qar örtüyü, buzlanma və sulu palçıq standart təkərli platformaların hərəkət qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Bu cür ekstremal şəraitdə sahib olduğu üstünlüklər KUNA-nı ön plana çıxarır.

Tırtıllı şassi ilə təchiz olunan KUNA çətin qış relyefində belə tam manevr qabiliyyətini qoruyur. Tırtılların aşağı xüsusi təzyiqi hesabına platforma təkərli vasitələrin hərəkətsiz qaldığı sahələrdə belə etibarlı şəkildə irəliləyə bilir.

Qış aylarında tez-tez müşahidə olunan çovğun və duman şəraitində KUNA-nın avtonom sistemləri xüsusi əhəmiyyət daşıyır. Platforma ekipajı riskə atmadan kəşfiyyat və logistik tapşırıqları yerinə yetirməyə imkan verir. Modul konstruksiyası KUNA-nı müxtəlif rollara tez uyğunlaşdırmağa şərait yaradır. Xüsusilə, qış şəraitində təcrid olunmuş bölmələrə sursat, ərzaq və tibbi avadanlığın çatdırılması baxımından platforma mühüm logistik vasitə kimi qiymətləndirilir.

WITPS-in bildirdiyinə görə, robot Ukrayna münaqişəsi zamanı əldə olunan real döyüş təcrübələri nəzərə alınmaqla layihələndirilib. Şaxtaya davamlılıq, möhkəmlik və ağır istismar şəraitində etibarlı fəaliyyət platformanın əsas üstünlükləri sırasında yer alır.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

kuna

kuna

kuna

kuna

Seçilən
82
poliqon.az

1Mənbələr