AZ

"İnter" 18 yaşlı futbolçunu heyətinə qatır

İtaliyanın "İnter" klubu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Leon Yakiroviçin transferini başa çatdırmağa yaxındır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi 18 yaşlı futbolçu üçün 2,5+2 (bonus) milyon avro ödəyəcək.

Zaqreblilər xorvatiyalı müdafiəçinin növbəti satışından da gəlir əldə edəcək.

L.Yakiroviç yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacaq. O, ilk olaraq "İnter"in U-23 komandasının heyətində yer alacaq.

Qeyd edək ki, Leon Yakiroviç "Dinamo"nun əsas heyətində dörd matça çıxıb.

"Cebheinfo.az"

Seçilən
145
1
cebheinfo.az

2Mənbələr