ain.az, Axsham.az saytına istinadən bildirir.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gündür videosu ilə gündəmə gələn Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşının sahibkara qarşı hərəkətini parodiya edib.
Axşam.az xəbər verir ki, musiqiçi küçədə alma satan şəxsə "Bura camaatın yoludur. Apar almanı maşınıma qoy" sözlərini deyib.
Hüseyn videonu yayımlayaraq "Bu həyatda hər şey müvəqqətidir. Vəzifə də, şöhrət də, pul da, var-dövlət də. Həyatın sonu deyilən ölüm var, onu hamı dadacaq, peşəsindən asılı olmayaraq. Allah əlacsız olanlara kömək olsun" sözlərini yazıb.
Qeyd edək ki, icra hakimiyyətinin əməkdaşı reyd zamanı sahibkara qarşı etdiyi hərəkətlə gündəmə gəlib. O, sahibkarın satdığı ərzaqları öz maşınına yığdırıb və satmasına imkan verməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.