AZ

Kadırovun 9 yaşlı oğlunun malikanəsi 10 milyon dollar dəyəri var

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Çeçenistan lideri Ramzan Kadırovun doqquz yaşlı oğlu Abdullah Qroznının mərkəzində elit bir malikanəyə sahibdir.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Bu məlumat dövlətin “Rosreyestr” məlumat bazasında əks olunub. Reyestrə görə, Abdullah Kadırov 4000 kvadratmetrlik torpaq sahəsinə və 2000 kvadratmetrlik evə sahibdir. Əmlakın təxminən 800 milyon rubl(10 milyon dollara yaxın) dəyərində olduğu bildirilir. Bu malikanə hələ 2023-cü ildə, Abdullah yeddi yaşında olanda, onun adına özəlləşdirilib.

“Rosreyestr” məlumat bazasına görə, Abdullahın mülkü 19 yaşlı qardaşı Əli Kadırovun torpaq sahəsi və evinin yanında yerləşir. Onun dəyəri 500 milyon rubl qiymətləndirilir.

Öz növbəsində, Kadırovun digər oğlu, 16 yanvarda yol qəzasına düşən 18 yaşlı Adam Kadırov Qroznının mərkəzində 750 milyon rubl dəyərində dördmərtəbəli malikanəyə sahibdir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr