ABŞ-ın İndiana ştatında hakim Stiven Meyer və həyat yoldaşı Kimberliyə hücum edilib. Naməlum şəxs hakimin bağ evinə hücum edib, onlara ov tüfəngindən atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, polislər hakimi və həyat yoldaşını güllə yaraları ilə aşkar ediblər.
Hakim Meyer qolundan, həyat yoldaşı isə budundan yaralanıb. Hər ikisi dərhal yerli xəstəxanaya aparılıb və orada tibbi yardım alıblar. Son məlumatlara görə, onların vəziyyəti stabildir.
Cinayətin motivi hələlik məlum deyil.