AZ

Səfər Əbiyev əsəbiləşdi - "Bəsdir, sual verdin, mən vətənimdəyəm"

"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".

Bu sözləri Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib. Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib:

"Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".

"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib:

"Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin! " - deyə keçmiş müdafiə naziri bildirib.


Seçilən
40
17
manset.az

10Mənbələr