AZ

Qarlı yollarda texnika niyə çatışmır?- “Azəravtoyol” aydınlıq gətirdi

Güclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsində problemlər var.

Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4  m-ə qədər çatır.

Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.

Texnika çatışmazlığı səbəbindən kəndlərin əksəriyyətini rayon mərkəzi ilə əlaqələndirən yolların, eləcə də kəndarası yolların qardan təmizlənməsində ciddi problemlər mövcuddur.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli texnika çatışmazlığı ilə bağlı Modern.az-a açıqlama verib.

O qeyd edib ki, hazırda yalnız Lerikdə yox, ölkə üzrə bir çox ərazilərdə - Şimal, Şimal-qərb, Cənub, Cənub-qərb, eləcə də Qarabağ regionunda intensiv qar yağır:

“Ehtiyatda qalan texnika yoxdur. Balansda olan bütün qartəmizləyən maşınlar uyğun rayonlarda davamlı işləyirlər. Eyni zamanda canlı qüvvə də fəaliyyət göstərir.

Qarabağda hətta podratçı şirkətlərin texnikaları da işə cəlb edilib.

Qarın güclü, davamlı yağması nəticəsində təmizlənmiş yollar 15 dəqiqə ərzində yenidən tutulur”.

Qartəmizləmə işləri və irəli gələn digər məsələlər davam etdirilir, - deyə Anar Nəcəfli əlavə edib.

Seçilən
22
modern.az

1Mənbələr