Minnesota ştatının Minneapolis şəhərində keçirilən əməliyyatlarda 10 mindən çox qanunsuz immiqrant saxlanılıb.
Turkustan.az xəbər verir ki, Noem ABŞ -da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək bildirib ki, Daxili Təhlükəsizlik Departamenti ilə əlaqəli bölmələr şəhərdə immiqrantları hədəf alan genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Noem əməliyyatların bir hissəsi olaraq, cinayət qeydləri olan 10.000-dən çox qanunsuz miqrantın tutularaq nəzarətə alındığını bildirib və bu şəxslərin ictimai təhlükəsizliyə təhdid yaratdığını iddia edib.
Noem son altı həftə ərzində təhlükəsizlik qüvvələri tərəfindən daha 3000 qanunsuz miqrantın saxlanıldığını və bu əməliyyatların davam edəcəyini bildirib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti də yazılı açıqlamada saxlanılan bəzi miqrantlar haqqında məlumat paylaşıb.
Aytən Yaşar/ Turkustan.az