AZ

Metropoliten əməkdaşı: "Həmin gecə bizə atəş açanlar çox qəribə məxluqlar idilər"

"Həmin gecə bizə atəş açanlar çox qəribə məxluqlar idilər. Hamısının saqqallı, uzun saçı vardı, amansız davranırdılar".
 
Moderator.az xəər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Metropoliteninin 20 Yanvar hadisələrinin şahidi olmuş əməkdaşı Məftun Abbasov deyib.
 
O bildirib ki, həmin gün növbədə olub:
 
"Onda 20 yaşım var idi. Xəbər gəldi ki, "Salyan kazarması"ndan tanklar çıxıb, bizim tərəfə gəlirlər. Mən dərhal "Elmlər Akademiyası" stansiyasına getdim. Burada hamı təşviş içində idi. Sərnişinləri sakitləşdirdik, bildirdik ki, metro səhərə qədər işləyəcək.
 
 
Məlumat aldıq ki, tanklar əhaliyə atəş açır, kömək lazımdır. Tbilisi prospektinə yollandıq. Biz ora çatanda bir tank təcili yardım avtomobilini vurdu. Həmin şəxslər tanklardan bizə odsaçan güllələrlə atəş açmağa başladılar. Tanklarla əhaliyə hücuma keçdilər. Hərbi texnikalar avtomobilləri əzir, sağa-sola atırdılar. Sonra başladılar indiki "20 yanvar" stansiyası istiqamətinə doğru hərəkət etməyə. Yerə uzanıb özümü güllələrdən qoruyurdum. Tanklar keçib gedəndən sonra özümü toparlayıb metronun "Elmlər Akademiyası" stansiyasına gəldim. Səhərə qədər yaralıları daşıdıq. Əgər həmin gecə metro işləməsəydi, itkilərimiz qat-qat çox olacaqdı.
 
Heç kim gözləməzdi ki, sovet ordusu bizi qıracaq".
 
Seçilən
49
2
moderator.az

3Mənbələr