AZ

Misirdə köpəkbalığı təhlükəsi səbəbindən bir sıra çimərliklər bağlanıb

Misirdə köpəkbalığı hücumu təhlükəsi ilə əlaqədar bir neçə çimərlik müvəqqəti olaraq bağlanıb.

Editor.az xəbər verir ki, Life.ru nəşrinin SHOT “Telegram” kanalına istinadla yaydığı məlumata görə, Hurqada şəhərində yerləşən beş otelin çimərlikləri köpəkbalığı təhlükəsinə görə fəaliyyətini dayandırıb.

Bildirilib ki, yırtıcı köpəkbalığı Qırmızı dənizdə sahilə çox yaxın ərazidə müşahidə olunub və bu səbəbdən insanların suya girməsinə icazə verilməyib. Hadisə ilə əlaqədar Siva Golden, Serenity Alpha Beach, Labranda Royal Makadi, JAZ Palmariva Beach və Stella Makadi Hotels & Resorts otellərinin qonaqları dənizə çıxışdan məhrum edilib.

İnternetdə yayılan görüntülərdə köpəkbalığının balıq ovladığı anlar əks olunub. Kadrların yırtıcıya olduqca yaxın məsafədən çəkildiyi bildirilir. Görüntülərin bir rus turist tərəfindən lentə alındığı qeyd olunur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr