Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “EniS.P.A” şirkəti arasında enerji sahəsində potensial layihələri üzrəəməkdaşlıq imkanlarını müzakirə edilib.
Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəhesabında paylaşım edib.
“World Economic Forum2026” çərçivəsində Eni şirkətinin başicraçı direktoru Klaudio Deskalzi (Claudio Descalzi) ilə məhsuldargörüş keçirdik və güclü tərəfdaşlığımızı, eləcə də strateji enerjitəşəbbüslərinin irəlilədilməsinə dair ortaq öhdəliyimizi bir dahatəsdiqlədik. Görüş zamanı SOCAR və Eni arasında imzalanmış AnlaşmaMemorandumlarından irəli gələn potensial layihələri müzakirə etdik;müzakirələr enerji təhlükəsizliyi, emissiyaların azaldılması vəbioyanacaq istehsalına yönəldi.
Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyiningücləndirilməsi, istixana qaz emissiyalarının azaldılması, eləcə dəAzərbaycan və daha geniş regionda bərpa olunan enerjinininkişafının təşviqi baxımından mühüm addımdır. Birgə təcrübəmizdənyararlanaraq, bu günün enerji çağırışlarının öhdəsindən gəlməyi vədaha dayanıqlı, möhkəm və enerji baxımından təhlükəsiz gələcəkqurmağı hədəfləyirik”, - paylaşımda qeyd edilib.