Bakı, 20 yanvar, AZƏRTAC
Əlverişsiz hava şəraiti ilə əlaqədar respublika yollarında hərəkətin fasiləsizliyinin təmin olunması üçün görülən işlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
• Qobustan rayonunun Təklə-Sündü-Xilmilli;
• Lənkəran-Lerik;
• Hacıqabul-Bəhrəmtəpə-Mincivan;
• Naftalan-Tapqaraqoyunlu-Talış;
• Cəbrayıl rayonunun Horovlu kəndinin;
• “Zəfər Yolu”;
• Ələt-Astara;
• Füzuli-Hadrut;
• Şükürbəyli-Cəbrayıl-Hadrut;
• Füzuli-Hadrut avtomobil yollarında güclü və intensiv qar səbəbilə nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yolların qardan təmizlənməsi işləri yerinə yetirilir.