ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə dünən gecə saatlarında Hövsan şosesində, radarın yerləşdiyi ərazidə təhlükəli hadisə baş verib. Görüntüyə əsasən, bir nəfər qəsdən yolun ortasında uzanaraq guya avtomobil vurması nəticəsində xəsarət aldığı görüntüsü yaradıb və bu yolla sürücüləri aldatmağa çalışıb.Bu barədə Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib ki, bu hal təkcə əxlaqi baxımdan deyil, hüquqi baxımdan da ciddi pozuntudur:“Yolun ortasında qəsdən uzanaraq guya avtomobil vurması görüntüsü yaratmaq və sürücüləri aldatmaq bir neçə hüquq normasını eyni anda pozur. Yüngüldən ağıradək dəyişən məsuliyyət yaradır. Əgər bu hərəkət pul qoparmaq, sürücünü qorxutmaq və ya maddi fayda əldə etmək məqsədi daşıyırsa, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq tətbiq oluna bilər. Bu maddəyə əsasən şəxs cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hətta 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Yolun ortasında qəsdən təhlükəli vəziyyət yaratmaq ictimai asayişin kobud şəkildə pozulması, yəni 221-ci maddə – xuliqanlıq tərkibi yarada bilər. Bu halda da azadlığın məhdudlaşdırılması və ya həbs cəzası nəzərdə tutulur. Çünki bu cür davranış təkcə bir sürücünü deyil, bütün yol hərəkəti iştirakçılarının həyatını real risk altına qoyur”.O bildirib ki, əgər əməl cinayət həddinə çatmırsa, lakin yol hərəkətinə təhlükə yaradılıbsa, məsələ İnzibati Xətalar Məcəlləsi üzrə xırda xuliqanlıq kimi qiymətləndirilə bilər:“Bu zaman cərimə və ya inzibati həbs tətbiq olunur. Bundan başqa, polisə və ya təcili yardıma bilə-bilə yalan məlumat verilməsi sübuta yetirilərsə, bu da ayrıca inzibati məsuliyyət yaradır. Ən ağır ssenari isə həmin hərəkət nəticəsində real yol-nəqliyyat hadisəsinin baş verməsi və ya kiməsə xəsarət yetirilməsidir. Bu halda məsuliyyət daha da sərtləşir və bir neçə maddə eyni vaxtda tətbiq oluna bilər. Bu cür davranışlara görə şəxsi minlərlə manat cərimədən tutmuş real həbs cəzasınadək ciddi hüquqi nəticələr gözləyə bilər. Bu səbəbdən belə “səhnələşdirilmiş qəzalar” sadəcə məsuliyyətsizlik deyil, açıq-aşkar qanun pozuntusu və cəmiyyət üçün real təhlükədir”.DİN-dən saytımıza bildirildi ki, məsələdən xəbərdarıq, görüntülər araşdırılır.Leyla Turan
Demokrat.az
@shaman6572 Fikirləriniz?#taksi #kesfetteyiz #tik #onecikar #gundem ♬ Swear Word Beep (Censor Bleep Television Radio Video Censorship Censored Noise Clip) [Sound Effect] - Finnolia Sound Effects
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.