AZ

Yannik Sinner ikinci mərhələyə yüksəlib

İtaliyalı tennisçi, dünya reytinqində ikinci pillədə qərarlaşan Yannik Sinner Avstraliya Açıq Çempionatına 2026 turnirində ikinci mərhələyə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, ilk turda Fransa təmsilçisi Hüqo Qastonla üz-üzə gəlib. Qarşılaşma Sinnerin 6:2, 6:1 hesablı üstünlüyü ilə davam edərkən fransalı tennisçi zədə səbəbindən oyunu davam etdirə bilməyib. Qastonun emosional anlar yaşadığı məqamda Sinner rəqibini dəstəkləyib.

Matç ümumilikdə 1 saat 10 dəqiqə davam edib. 

Qeyd edək ki, Yannik Sinner ikinci mərhələdə avstraliyalı Ceyms Dakvortla xorvatiyalı Dino Prijmiç arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.

Seçilən
52
90deqiqe.az

1Mənbələr