AZ

"Ayntraxt"ın kapitanı: "Qələbə qazanmaq istəyirik"

BAKI, 20 yanvar. TELEQRAF

"Baş məşqçi dəyişikliyinə baxmayaraq, irəliyə baxmalıyıq".

Teleqraf xəbər verir ki, bunu Almaniyanın "Ayntraxt Frankfurt" klubunun futbolçusu Robin Kox Bakıda "Qarabağ"la keçiriləcək UEFA Çempionlar Liqasından öncə mətbuat konfransında deyib.

"Qarabağ"la oyun daxil növbəti matçlarda qələbə qazanmaq istəyirik. Son zamanlar səfər oyunlarında düzgün qərarlar vermirdik. Komandamız istəksiz çıxış edirdi. Bunun düzəlməsinə çalışırq. Bakıda azarkeşlərimizin olmaması bizim üçün itkidir. Onların varlığı bizə əlavə motivasiya verir", - deyə Kox bildirib.

Seçilən
96
teleqraf.com

1Mənbələr