AZ

Bekhemin oğlu sosial mediada ailəsini tənqid etdi

Yazını böyüt
Yazını kiçilt

Keçmiş ulduz futbolçu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem valideynləri ilə uzun müddətdir davam edən mübahisə fonunda sosial mediada onları sərt tənqid edib.

Hafta.az xəbər verir ki, Bruklin Bekhem ailəsi ilə barışmaqdan imtina və həyatında ilk dəfə hüquqlarını müdafiə etdiyini bildirən bir bəyanat yayıb:

"İllərdir susmuşam və bu məsələləri gizli saxlamaq üçün əlimdən gələni etmişəm. Təəssüf ki, valideynlərim və onların ətrafı bunu mətbuatda yayımlamağa davam edir. Özüm üçün danışmaqdan və dərc olunmuş bəzi yalanlar haqqında həqiqəti deməkdən başqa çarəm qalmayıb. Ailəmlə barışmaqdan imtina edirəm və həyatımda ilk dəfə hüquqlarım uğrunda mübarizə aparıram. Sosial mediada nümayişkaranə paylaşımlar, ailə tədbirləri və qeyri-səmimi münasibətlər həyatımın ayrılmaz hissəsi olub".

O, həmçinin atasını tənqid edərək, Devid Bekhemin 50 illik yubileyini qeyd etmək üçün Böyük Britaniyaya gəldiyini deyib. Lakin ona həyat yoldaşı Nikola Peltsin qatılmayacağı təqdirdə tədbirdə iştirak edə biləcəyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Bruklinin valideynlərini sosial mediada blokladığı xəbəri yayılmışdı. Çünki valideynlərinin onun həyat yoldaşı ilə münasibətləri ictimai müzakirələrə səbəb olub. Bruklin Bekhem, həmçinin valideynlərini onunla yalnız vəkillər vasitəsilə ünsiyyət qurmağa çağırıb.

Xatırladaq ki, 2022-ci ilin aprelində Bruklin Bekhem Nikola Peltslə evlənib. Toyun təşkili zamanı Viktoriya Bekhemlə Nikola arasında münasibətlər gərginləşib. Belə ki, model gəlinlik üçün "Valentino Couture" brendinə üstünlük verib və Bekhemlərin brendindən istifadə etməyib.

Seçilən
65
1
hafta.az

3Mənbələr