AZ

"Qarabağ"la sabahkı görüşdə azarkeşlərimizin olmaması..." -Kox qələbəyə köklənib

"Ayntraxt"ın müdafiəçisi Robin Kox Bakıda "Qarabağ"a qarşı sabah keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisinin 29 yaşlı futbolçusu belə danışıb:

"Qələbə qazanmalıyıq. Hazırda çətin dönəmdəyim. Mövsümün ortasında baş məşqçi dəyişikliyi olsa da, irəli baxmalıyıq. Bəzən səfər oyunlarında səhv qərarlar veririk. "Qarabağ"la sabahkı görüşdə azarkeşlərimizin olmaması mənfi haldır. Onlar hər zaman bizi yüksək səviyyədə dəstəkləyirlər".

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
22
1
fanat.az

2Mənbələr