AZ

“Beşiktaş” Rafa Silvanı “Benfika”ya satıb

Bakı, 20 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Rafa Silva “Benfika” ilə anlaşıb.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı portuqaliyalı oyunçu tibbi müayinədən keçmək üçün sabah Lissabona gedəcək.

Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”a “Benfika”dan keçmişdi.

O, bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
121
azertag.az

1Mənbələr