Gəncədə yaşayan Elçin adlı gənc 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq küçədə kətə paylayıb.
“Cebheinfo.az” xəbər verir ki, o, bu anı özünün “Instagram” hesabında paylaşıb.
Videoda Elçin küçədə işləyən fəhlə kişilərə kətə paylayaraq “20 Yanvar şəhidlərinin ruhuna ehsan” dediyini bildirib.
Onun bu addımı sosial mediada izləyicilər tərəfindən müsbət qarşılanıb.
Şərhlərdə qeyd edilib ki, o, həm şəhidlərin xatirəsini yad edib, həm də ehtiyacı olan insanlara dəstək olmağa çalışıb.
Həmin videonu təqdim edirik.