AZ

SOCAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı dayanıqlı infrastruktur layihələri üzrə müzakirələr aparıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya BeynəlxalqƏməkdaşlıq Bankı (JBIC) arasında təmiz enerji təşəbbüsləri, yenitexnologiyalar, eləcə də enerji keçidi və rəqəmsal transformasiyagündəliyini dəstəkləyən dayanıqlı infrastruktur layihələri müzakirəedilib.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəhesabında paylaşım edib.

“Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) prezidentiHayashi Nobumitsu ilə görüşümüz zamanı SOCAR ilə JBIC arasındamövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik.Müzakirələrimiz təmiz enerji təşəbbüsləri, yeni texnologiyalar,eləcə də enerji keçidini və rəqəmsal transformasiya gündəliyinidəstəkləyən dayanıqlı infrastruktur layihələri üzərindəcəmləndi.

Eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi apardıq və ortaq enerji çağırışlarının həllində davamlıdialoqun əhəmiyyətini vurğuladıq. Birgə səylərimizlə uzunmüddətlidəyər yaradan, qlobal enerji təhlükəsizliyinə töhfə verən və dahadayanıqlı gələcəyin formalaşmasına xidmət edən təşəbbüslərinirəlilədilməsinə sadiq qalırıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Seçilən
164
az.trend.az

1Mənbələr