“Atletik”in hücumçusu İnyaki Uilyams məşq zamanı sol baldırından zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, zədənin yüngül–orta dərəcəli olduğu bildirilir və futbolçu bərpa prosesinə başlayıb.
Uilyams bu mövsüm La Liqada 19 oyunda 1 qol vurub. “Atletik” hazırda 24 xalla çempionatda 9-cu pillədədir.