AZ

Gəncədə 20 Yanvarla bağlı ümumşəhər tədbiri keçirilib - FOTOLAR

Gəncə şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub.

"Unikal" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədə səfərdə olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu, iş adamı Nəcməddin Bilal Ərdoğan, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birlik nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Anım mərasimi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib.

Mərasimdə Hacı Tahir Abbasov şəhidlərin ruhuna dualar oxuyub, Bilal Ərdoğana Qurani-Kərim kitabını hədiyyə edib.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Azərbaycanda törədilmiş qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız həmin hadisənin ağır nəticələrini bu gün də dərin hüznlə xatırlayır. Rəsmi məlumatlara görə, həmin gecə Bakıda törədilən qırğın nəticəsində 147 nəfər öldürüldü, 744 nəfər yaraladı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edildi.  Faciəyə ilk siyasi və hüquqi qiymət verən şəxs Ümummilli Lider Heydər Əliyev oldu.

Seçilən
46
unikal.az

1Mənbələr