AZ

Karvaxaldan Ronaldo və Messi müqayisəsi

Madrid “Real”ının kapitanı, müdafiəçi Dani Karvaxal dünya futbolunun iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldonu müqayisə edib.

90deqiqe.Az xəbər verir ki, "Barca Worldwide" ispan futbolçunun dediklərini belə çatdırıb.

“Messi – daha çox yaradıcılıq göstərən futbolçudur. Onun meydanı görmə qabiliyyəti, ötürmələri, məhdud sahədə topa nəzarəti əladır və boş zonaları tapmaq bacarığı var. Ronaldoda isə əsas xüsusiyyət – cəza meydançasına daxil olmaq və qol imkanları yaratmaqdır”.

Qeyd edək ki, Lionel Messi hazırda “İnter Mayami”də, Kriştiano Ronaldo isə “Əl-Nəsr”də çıxış edir. Arjantinli futbolçu karyerası ərzində 8 “Qızıl top” qazanıb, portuqaliyalı ulduz isə 5 dəfə bu mükafata layiq görülüb.

Seçilən
36
90deqiqe.az

1Mənbələr