AZ

Ukraynanın sabiq prezidenti 15 il müddətinə azadlıqdan məhrum edildi

Bakı. Trend:

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 ilmüddətinə azadlıqdan məhrum edilib. O, torpaq sahələrinin qanunsuzmənimsənilməsində təqsirli bilinib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Ukraynanın XüsusiAnti-Korrupsiya Prokurorluğu rəsmi “Telegram” kanalında məlumatyayıb.

“Məhkəmənin hökmü ilə sabiq prezident Kiyev vilayətininSuxolutski kənd soveti ərazisində yerləşən, sahəsi 17,5 hektar olanvə təxmini dəyəri 22 milyon qrivnadan artıq olan meşə fonduna aidtorpaq sahəsinin mənimsənilməsində təqsirli bilinib”,- məlumatdaqeyd olunur.

Bu əməl Ukrayna Cinayət Məcəlləsinin 191-ci maddəsinin 5-cihissəsində nəzərdə tutulan cinayət tərkibini təşkil edir. Ona 15 ilmüddətinə azadlıqdan məhrumetmə cəzası, dövlət hakimiyyəti və yerliözünüidarəetmə orqanlarında, həmçinin təşkilati-sərəncamverici vəya inzibati-təsərrüfat funksiyalarının icrası ilə bağlı qurum vətəşkilatlarda vəzifə tutmaq və ya xüsusi səlahiyyətlə bufunksiyaları yerinə yetirmək hüququndan üç il müddətinə məhrumetmə,eləcə də ona mülkiyyət hüququ əsasında məxsus bütün əmlakınmüsadirəsi tətbiq edilib.

Məhkəmənin hökmü elan edildiyi gündən etibarən apellyasiyaqaydasında şikayət verilmədiyi halda, otuz gün sonra qanuni qüvvəyəminəcək.

Məqalədə:
Seçilən
54
3
az.trend.az

4Mənbələr