Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)prezidenti Odile Reno-Basso ilə görüşüb.
Trend xəbər verir ki, söhbətzamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluqifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icraetdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sırabölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəliflayihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeronyarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramıçərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi iləbağlı müzakirələr aparıldı.
Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin,Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrıbölgələrində məişət tullantılarının zərərsizləşdirilməsilayihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsiaparıldı.
Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığıninkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiyamühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyatakeçirilən işlərdən danışıldı.