Aparıcı-prodüser Tarix Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşlarını tənqid edib.
O, sosial mediada yayılan görüntülərə iradlarını bildirib:
"Sumqayıtda hər şey yerindədir? Hamımız bilirik ki, Sumqayıtda nə qədər özbaşınalıqlar baş verir. Düzdür, Zakir müəllim çox yaxşı insandır, amma vətəndaşın malını əlindən alıb müsadirə etmək harada görülüb? Bu gömrükdür? Böyük bir şey də deyil. İndi guya başqa bir kasıb Sumqayıtda rahat yaşaya bilər? O qədər imkanlı, vəzifəli adamların obyektləri var ki, onların qarşısında belə bir hal olsa, heç kimin mənəvi cəsarəti çatmaz qarşısını alsın. Çox acınacaqlıdır. Gücləri yalnız kasıba çatır".