AZ

"Fitch" 2026-2027-ci illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını verib

Bakı. Trend:

“Fitch Ratings” agentliyinin proqnozlarına əsasən, nefthasilatının piki fonunda Azərbaycanda 2026-2027-ci illərdəAzərbaycanda iqtisadi artım 3 faizdən aşağı səviyyədə qalacaq.

Trend bu barədə“Fitch Ratings” agentliyinə istinadən xəbər verir.

“Fitch”in EMEA suveren reytinqləri üzrə direktoru ArvindRamakrişnan vebinar zamanı bildirib ki, 2025-ci il üzrəAzərbaycanın dövlət borcu ÜDM-in 20%-dən bir qədər çoxunu təşkiledib ki, bu da 30%-lik həddən xeyli aşağıdır və hazırda ölkəninmaliyyə sabitliyi ilə bağlı narahatlıqlar doğurmur.

Ramakrişnanın sözlərinə görə, son illərdə neft hasilatı “açıqşəkildə pik həddə çatıb”, qaz hasilatı isə yaxın perspektivdəmaksimum səviyyədə ola bilər. Nəticədə 2025-ci ildə neft sektoru2,7% zəifləyib, neftə əsaslanan qeyri-xammal iqtisadiyyatı isə 1,6%artıb. Bu isə ümumi iqtisadi artımın 1,4% təşkil etməsinə səbəbolub ki, bu göstərici hökumətin (3%) və “Fitch”in (1,8%)proqnozlarından aşağıdır.

“Fitch” 2026–2027-ci illərdə iqtisadi artımın mülayimsürətlənəcəyini, lakin 3%-dən aşağı qalacağını və artımın əsasənqeyri-xammal sektoru hesabına təmin olunacağını proqnozlaşdırır.Güclü xarici balans ölkəyə maliyyə çevikliyi təmin edir, mövcudsiyasət isə etibarlı xarici ehtiyatları və makroiqtisadidisbalansların məhdudlaşdırılmasını dəstəkləyir.

“Fitch” qeyd edir ki, Azərbaycan ‘BBB’ reytinqinə malik suverenölkələr arasında ən aşağı dövlət borcuna sahibdir.

Reytinqə müsbət təsir göstərə biləcək amillər sırasında “Fitch”iqtisadi siyasətin və institusional potensialın daha dagücləndirilməsini, enerji sektorundan gəlirlərin artmasını, mülayimsiyasətin qorunmasını, həmçinin idarəetmənin yaxşılaşdırılmasına,iqtisadi artıma və şaxələndirməyə töhfə verən struktur islahatlarınuğurla həyata keçirilməsini göstərir.

Məqalədə:
Seçilən
185
3
az.trend.az

4Mənbələr