17:20 20.01.2026
17:20 20.01.2026
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.
Mynews.az xəbər verir ki, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib.
Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.(apa)