AZ

SOCAR ADNOC ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş ƏrəbƏmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) "Abşeron"qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəhesabında paylaşım edib.

“ADNOC Group” şirkətinin “Upstream” üzrə Baş İcraçı direktoruMusabbeh Al Kaabi ilə görüşümüz zamanı enerji sektorunda stratejiəməkdaşlığın inkişafına, “Abşeron” qaz və kondensat yatağının tamsahə üzrə işlənməsinə dair cari əməliyyatların nəzərdənkeçirilməsinə və Strateji Əməkdaşlıq Müqaviləsi çərçivəsində əldəolunan irəliləyişi qiymətləndirməyə fokuslandıq”, - paylaşımda qeydedilib.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometrşimal-şərqdə yerləşir.

“Abşeron”da qaz və kondensat hasilatına 2023-cü ilin iyul ayındabaşlanılıb. 2024-cü ilin iyununda Bakıda keçirilən neft-qazkonfransı çərçivəsində layihə iştirakçıları – "TotalEnergies"(35%), SOCAR (35%) və ADNOC (30%) – bildiriblər ki, “Abşeron”unikinci mərhələsi maksimum hasilat dövründə üç və ya daha çox əlavədərin dəniz quyusu hesabına gündə 110 min barrelə qədər neftekvivalentində hasilat verə bilər, bunun 35 min barreli kondensatolacaq.

Məqalədə:
Seçilən
94
1
az.trend.az

2Mənbələr