AZ

​Qonşuda 3 metr qar yağdı -

Türkiyədə hökm sürən soyuq hava şəraiti davam edir. Güclü qar və çovğun üzündən yüzlərlə kəndin yolu bağlanıb.
Metbuat.az xəbər verir ki, dağlıq və dağətəyi rayonlarda qarın hündürlüyü 3 metri keçib. Bayburt-Ərzurum avtomobil yolunun Köp dağı aşırımında axşam saatlarında yağan güclü qardan sonra uçqun baş verib. Diyarbəkirin Çüngüş rayonunun Avut kəndində qarın hündürlüyü 3 metrdən çox olub. Güclü qar rayonda həyatı iflic edib, kənd yolları keçilməz vəziyyətə düşüb. Yağıntının çox düşdüyü Bitlis şəhərində həyət evləri, avtomobillər, avtobus dayanacaqları, istiqamət lövhələri qar altında qalıb. Çovğun və güclü külək səbəbindən bəzi ərazilərdə görmə məsafəsi azalıb, bir çox rayonda sürücülər üçün çətinlik yaranıb. Hakkari, Şırnak, Artvin, Mardin, Erzincan və başqa vilayətlərdə də güclü qar fəsadlara səbəb olub. Yolların buz bagladığı, nəqliyyatın hərəkətinin iflic olduğu 30-dan çox şəhərdə orta məktəblər bağlanıb.

Meteorologiya Baş İdarəsindən soyuq hava şəraitinin həftənin sonuna kimi davam edəcəyi bildirilib.

Seçilən
52
metbuat.az

1Mənbələr