AZ

"Bayer"in qapıçısı iki aylıq sıradan çıxdı

“Bayer”in qapıçısı Mark Flekken komandasına yaxın oyunlarda kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı qolkiper Bundesliga matçı zamanı “Hoffenhaym”la görüşdə (0:1) zədələnib. Tibbi müayinə onun sağ dizində medial kollateral bağın yırtıldığını göstərib. Nəticədə niderlandlı oyunçu təxminən 2 ay oyunlardan kənar qalacaq.

Cari mövsümdə Flekken bütün turnirlərdə 26 oyunda çıxış edib, 39 qol buraxıb. 8 matçda qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalı onun bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Seçilən
158
90deqiqe.az

1Mənbələr