AZ

Edoardo Bove karyerasını İngiltərədə davam etdirəcək

İtaliya futbolunun tanınmış simalarından olan Edoardo Bovenin yeni ünvanı bəlli olmaq üzrədir.

Fanat.Az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, İngiltərənin "Uotford" klubu sabiq "Roma"lı yarımmüdafiəçinin transferini tamamlamağa çox yaxındır.

Xatırladaq ki, Bove 2024-cü ilin dekabrında "Fiorentina"da icarədə olarkən meydanda ürəktutması keçirmişdi. Bu hadisədən sonra ona defibrilyator cihazı taxılıb ki, bu da İtaliyadakı səhiyyə qanunlarına görə onun həmin ölkədə peşəkar futbol oynamasını qeyri-mümkün edib. İngiltərədə isə belə bir qadağa olmadığı üçün gənc futbolçu karyerasını "Uotford"da bərpa etmək qərarına gəlib.

Transferin rəsmi sənədləşmə işlərinin artıq yekunlaşdığı və yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Bovenin sağlamlıq durumu tam nəzarət altındadır və o, artıq məşqlərə başlamaq üçün yaşıl işıq alıb.

Kamil Xudiyev

Seçilən
33
fanat.az

1Mənbələr