AZ

Azərbaycan nümayəndə heyəti C-130 təyyarəsində şəhid olan hərbçinin ailəsini ziyarət edib - FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin attaşesi general-mayor Zaur Zeynalov və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Berkay Karacanın ailəsini ziyarət ediblər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, ziyarət zamanı general-mayor Zaur Zeynalov şəhidin ailəsi ilə yaxından maraqlanaraq onlara başsağlığı verib.

Görüş zamanı Azərbaycan Respublikasının bayrağı şəhidin ailəsinə təqdim olunub.

Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
169
1
apa.az

2Mənbələr