“Fərdi yaşayış evlərinin ucuz və ya baha olması ilk növbədə rayonun iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanları ilə birbaşa bağlıdır. İnkişaf etmiş rayonlarda torpaq bazarı daha aktiv olur, tikinti xərcləri yüksəlir və nəticədə evlərin satış qiymətləri də baha olur”.
Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədrinin sözlərinə görə, o rayonlarda ki, istehsal müəssisələri fəaliyyət göstərir, əhali üçün daimi iş imkanları mövcuddur və sosial-iqtisadi sabitlik təmin edilib, həmin ərazilərdə fərdi yaşayış evləri daha yüksək qiymətə təklif olunur: “Bu həm alıcılıq qabiliyyəti, həm də tələbatın çoxluğu ilə izah olunur.