İranda internetin qismən bərpa olunmasından sonra yanvarın 8-də təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı zorakılıq tətbiq etdiyini əks etdirən videolar sosial mediada yayılıb.
KONKRET.az xəbər verir ki, kadrlarda təhlükəsizlik və hərbi qüvvələrin küçə və səkilərdə olan insanlara müdaxilə etdiyi, onlara qarşı sərt davranış nümayiş etdirdiyi görünür.
Paylaşılan görüntülər ölkədə etiraz aksiyalarına qarşı repressiv tədbirlərin davam etdiyini göstərir və beynəlxalq ictimaiyyətdə narahatlıq doğurub.
Natiq Səlim,
KONKRET.az