AZ

Futbol rəsmisi DÇ-2026-nı boykot etməyə çağırdı

style='margin-bottom:10px;'>

ABŞ prezidenti Donald Trampın siyasəti Almaniya futbol ictimaiyyətində ciddi narazılıq yaradıb və boykot çağırışları artıq rəsmi şəxslər tərəfindən dilə gətirilir.

QOL.az "City A.M." nəşrinə istinadən xəbər verir ki, "Sankt-Pauli" klubunun prezidenti, eyni zamanda Bundesliqa və Almaniya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü olan Oke Qottlix 2026-cı il Dünya Çempionatının boykot edilməsi məsələsini müzakirəyə çıxarmağa çağırıb.

Futbol funksioneri bu addımın səbəbi kimi Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarını göstərib:

"Avropalıların dolayı yolla, bəlkə də tezliklə birbaşa Avropaya hücum edən bir ölkədə keçirilən yarışlarda iştirak edib-etməməsi məsələsi müzakirə olunmalıdır".

Xatırladaq ki, daha əvvəl D.Tramp ABŞ-nin raketdən müdafiə sistemlərini yerləşdirmək üçün Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istədiyini bəyan etmişdi.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnir iyunun 11-də start götürəcək, final görüşü isə iyulun 19-da baş tutacaq.

Seçilən
165
2
teleqraf.com

3Mənbələr