AZ

Sumqayıtda faciə: 69 yaşlı kişi həyatını itirdi

Sumqayıt şəhərində ağır nəticə ilə yekunlaşan bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Teyyub Əmirxan oğlu Abışov küçə ilə hərəkətdə olarkən qəfil halı pisləşib və müvazinətini itirərək yerə yıxılıb. Yıxılma zamanı başı daşa dəyən kişi aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Seçilən
23
nocomment.az

1Mənbələr