Axşam saatlarından etibarən Bakıya güclü qar yağmağa başlayıb.
KONKRET.az xəbər verir ki, regionlarda müşahidə edilən soyuq hava kütlələri paytaxta da çatıb.
Belə ki, günorta saatlarından temperatur aşağı düşüb və şaxta müşahidə edilib.
Axşama doğru isə sulu qar və qar yağmağa başlayıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.
